ayağı sürüşkən qadın (fahişə)

a street-walking / trolloping / lewd / whorish женщина лёгкого поведения / ночная бабочка / уличная девка / шалава / тёлка / чувиха
ayağı ora dəyməyəcək, bir kəsin ayağı ora dəyməyəcək
ayağı uğurlu olmaq
OBASTAN VİKİ
Fahişə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir. Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı.
Sürüşkən
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Cökətəy Ayağı
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı) — Rusiyanın Qaraçay-Çərkəz Respublikasında şəhər. ŞəhərQafqaz dağlarının ətəyində Kuban çayının sahilində yerləşir. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.
Sürüşkən (dəqiqləşdirmə)
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Madonna–fahişə kompleksi
Madonna–fahişə kompleksi və ya Madonna–məşuqə kompleksi — psixoanalitik ədəbiyyata görə, sədaqət və sevgi dolu bir romantik münasibətdə seksual oyanışı qoruyub saxlaya bilməmək. İlk dəfə bunu psixi impotensiya adlandıran Ziqmund Freyd tərəfindən müəyyən edilmiş bu, qadınları müqəddəs Madonnalar və ya alçaldılmış fahişələr kimi görən kişilərdə inkişaf edən psixoloji kompleksdir. Bu kompleksə malik olan kişilər hörmətli partnyoru (Madonna) arzulaya bilmirlər və alçaldılmış (fahişə) seksual partnyor istəyirlər. Freyd yazmışdır ki, "belə kişilər sevən zaman istəkləri olmur, istədikləri olanda zaman isə sevə bilmirlər". Klinik psixoloq Uve Hartmann 2009-cu ildə yazmışdır ki, kompleks "bugünkü pasiyentlərdə hələ də çox yayılmışdır". == Psixoanalizdə == Freyd iddia edirdi ki, Madonna–fahişə kompleksi kişi ehtirasındakı şəfqət və seksual cərəyanlar arasındakı parçalanmadan qaynaqlanır. Edip və kastrasiya qorxuları keçmiş insestual obyektlərə duyulan məhəbbətin şəhvani formada arzulanan qadınlara bağlanmasını qadağan edir: "Belə insanlarda bütün sevgi sferası incəsənətdə müqəddəs və qeyri-müəyyən (və ya heyvani) sevgi kimi təcəssüm etdirilən iki istiqamətdə bölünür". Bir kişi hiss etdiyi təşvişi minimuma endirmək üçün qadınları iki qrupa ayırır: heyran ola biləcəyi qadınlar və seksual cəhətdən cazibədar hesab etdiyi qadınlar. Kişi əvvəlki kateqoriyada olan qadınları sevdiyi halda, ikinci qrupa nifrət edir və onları dəyərsizləşdirir. Başqa bir nəzəriyyə iddia edir ki, Madonna–fahişə kompleksi individual kişilərin inkişaf qüsurlarından deyil, qadınların mifologiyada və İbrahim teologiyasında ya Madonna, ya da fahişə kimi təqdim edilməsindən irəli gəlir.
Qadın
Qadın — yetkin dişi cinsiyyətindən olan insan. Digər əks cins kişi adlanır. Rəsmi sənədlərdə bu bioloji növ yaşından asılı olmayaraq qadın adlanır. İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngilis sözü olan History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər, lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın əhali 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır. Səudiyyə Ərəbistanında qadınlara səsvermə hüququ 2011-ci ildə verilmişdir.
Ecazkar qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Görünməz qadın
Görünməz qadın (ing. Invisible Woman) — Marvel Comics tərəfindən 1961-ci ildə yaradılan super qəhrəman personajı. İlk dəfə 1961-ci ilin iyununda "Fantastik dördlük" komiksinin ilk sayında peyda olmuşdur. Görünməz qadın 1961-ci ildə Sten Li və Cek Körbi tərəfindən Fantastik Dördlüyün qurucu üzvlərindən biri kimi yaradılır. Lakin yaradıldığı zaman sadəcə görünməzlik gücünə sahib idi. Bu sonradan dəyişəcək, personaja yeni güclər əlavə olunacaqdı. O dövrün komiks dünyasında sadəcə görünməz olmaq yetərsiz kimi görünürdü. Həm də Sten Li orijinal fikri bu gücü klassik şəkildə işləmək idi, yəni personaj görünməz olmaq üçün paltarları da çıxarmalı idi. Amma bunun bir az erotik görsənəcəyini düşünən Sten Li fikrini dəyişdirərək məsələni Suzanın xüsusi paltarı ilə həll edir. Sadəcə görünməz olmaq personajın digər komanda yoldaşları arasında sönük və passiv qalmasına səbəb olur.
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Pişik-qadın
Qadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Qadın araşdırmaları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qadın döşü
Qadın döşü (lat. Mamma) — qadınların sinə nahiyəsində olan qabarıq bədən hissəsi. Döşlər iki bioloji funksiyanı yerinə yetirir – yeni doğulmuş körpəni qidalandırmaq üçün süd vəzilərindən süd istehsal edir və cinsi cazibədə rol oynayır. Döşlər erogen zonalardır. Döşlər yeniyetməlik dövründə inkişaf etməyə və böyüməyə başlayır. Bu adətən 8 yaşından başlayaraq iyirmi yaşların əvvəllərinə qədər davam edir. Hamiləliyin sonlarına yaxın döşlər süd verməyə hazırlaşır. Menopauza zamanı döşlər sallanır və formasını dəyişdirir. Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.
Qadın düşərgəsi
"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır. Əsərdə qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgədəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. "Qadın düşərgəsi" "Üzdəniraq ada" romanındakı Zinyət surətinin əzablı həyatının davamıdır. Əsərdə Zinyətdən başqa onlarla məhkum qadının acı taleləri, törətdikləri cinayətlər əks olunub. Kitab 2008-ci ildə Bakı Kitab Klubunun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmiş və üç dəfə: 2008, 2010, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında “Qadın türməsi” adı ilə) çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. “Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olundu – FOTO Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine Qadın düşərgəsi haqda povest çapdan çıxdı Rövşən Yerfi "Qadın düşərgəsi" (Əsərdən bir parçanı oxu!) Rövşən Yerfi.
Qadın futbolu
Qadın futbolu — 11 qadın oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü.
Qadın haqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər. Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.
Qadın hüquqları

Qadın prezervativi
Femidom (qadın prezervativi və ya daxili prezervativ kimi də tanınır) — 1990-cı illərdən etibarən qadınlar üçün istehsal olunmağa başlayan bir prezervativ növüdür. Orta uzunluğu 18 sm olan nazik, yırtılmaz poliuretan materialdan hazırlanmışdır. Ən əhəmiyyətli xüsusiyyəti, vaginaya yerləşdirildikdən qısa müddət sonra bədən istiliyinə müvafiqləşməsi və daxili divarlara yapışmasıdır. İki halqadan ibarətdir. Qısa bir səydən sonra asanlıqla öyrənilə və istifadə edilə bilər.
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Qadın sahibkarlar
Qadın sahibkarlar— xüsusən bir müəssisəni quran və idarə edən qadınlardır. 20 və 21-ci əsrdə qadın sahibkarların sayı ABŞ- da davamlı olaraq artdı, 1997-ci ildən bəri qadın sahibkarlıq biznesi 5%-ə qədər artdı. Bu artım, Koko Şanel, Diana Hendriks, Marqaret Vitmen və Opra Uinfri kimi varlı qadınların yaranmasına səbəb oldu. ABŞ-də ilk qadın sahibkarlığı işi 1739-cu ildə Eliza Lukas 16 yaşında olarkən Cənubi Karolinadakı ailəsinin əkinlərinə başçılıq etdiyi zaman qeyd olunur. 18–19-cu əsrlərdə qadınlar gəlirlərini artırmaq yolu ilə kiçik biznes fəaliyyətinə başladılar. Bir çox hallarda yoxsulluğun qarşısını almağa çalışırdılar və ya həyat yoldaşının itkisi ilə üzləşənlər gəlir əldə etmək məqsədilə sahibkarlığa başlayırdılar. O dövrdə bu qadınların qurduqları müəssisələr sahibkarlıq kimi düşünülmürdü. Onların bir çoxu məişət vəzifələrinə diqqət etməli idilər. Məsələn, təhsil və alternativ məşğulluq imkanları ilə uzun müddət davam edən və əhəmiyyətli maneələr olan qaradərili qadınlar tarixən az maaşlı işlərə və məişət işlərinə, xüsusən də Cima Krou qanunu da işləmişdilər. Nəticədə, 20-ci əsrin əvvəllərində qaradərili qadınlar tikiş, saç baxımı, evdə məişət işi və mamaçılıq sahələrində inkişaf edirdilər.
Qadın sünnəti
Qadın sünnəti — klitorisin kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Qadında edilən sünnətin ən yüngülü klitorisin kəsilməsi olub, məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bununla yanaşı çox istənməyən risklərə hətta ölümə də səbəb olmaqdadır. Bu sünnət tipi daha çox Afrika ölkələrində məşhurdur. Birləşmiş Millətlər (BM), hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini bildirdi. UNİCEF tərəfindən nümayiş olunan hesabatda, məlumatların daha yaxşı toplanması nəticəsində, dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin, gözlənildiyindən daha məşhur olduğunun şahidi oldular. Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünün təsbit və təxmin edilə bilmədiyi qeyd edildi. Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi görülən hesabatda, hər il sünnət edildiyi təxmin edilən 3 milyon qadının təxminən yarısının Misir və Efiopiyada yaşadığı bildirildi. İndiyə qədər toplanan məlumatlara görə, qızlar daha çox 4 ilə 12 yaş arasında sünnət edilməkdədirlər. Dünya Sağlamlıq Təşkilatına görə bu gün dünyada, bu ən ağır forması daxil olmaqla, 100-140 milyon qız sünnət edilməkdədir.
Qadın tədqiqatları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qaçqın Qadın
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.